Canlı
Gəncəli alimlər dövlət dilinin qorunması məsələsini müzakirə ediblər

2018-11-08 / 16:28

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanın müzakirəsinə həsr edilən dəyirmi masa keçirilib. Vurğulanıb ki, genetik yaddaşımız olan Azərbaycan dili nəsillərdən bizə ötürülüb. Bu dili sevə-sevə qorumaq lazımdır. Alimlər və tədqiqatçıların iştirakı ilə dilimizin saflığının qorunması ilə bağlı görülməsi vacib olan məsələlər müzakirə edilib.

Vüsalə Camal