Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapılıb
2020-02-24 14:04
Fevralın 20-də gecə saatlarında Gəncənin Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçıran şəxs saxlanılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni Mingəçevir sakini, əvvəllər məhkum olunmuş, 32 yaşlı Məhəmməd Abbasovun törətdiyi müəyyən edilib. Avtomobil də Mingəçevirdə tapılıb.
Nərgiz Camal