2020-01-07 16:05
Gəncədən olan Millət vəkilləri Vətən müharibəsi qəhrəmanlarının ailələrini ziyarət edir. Qazi Anar Qurbanovun evində olan deputatlar ailənin qayğıları ilə maraqlanıblar. Qazinin ailəsinə sovqat təqdim olunub. Cəbhəyə könüllü yollanan əsgər Şuşa uğrunda gedən döyüşlərdə gözündən xəsarət alıb. Döyüşlərdə göstərdiyi şücaətə görə Anar Qurbanov “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid İbrahim Məmmədov da Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şəhidin evində olan millət vəkilləri ailənin ehtiyacları ilə maraqlanıblar. Göstərdiyi şücaətə görə İbrahim Məmmədovun “Vətən uğrunda ” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğu xatırlanıb.
Vüsalə Camal