Gəncədən olan şəhid ailələrinin üzvləri azad olunan ərazilərə səfər ediblər
2021-03-14 12:05
Gəncədən olan şəhid ailələrinin üzvləri azad olunan ərazilərə səfər ediblər. Ziyarət olunan ilk ünvan "Qafqazın Xirosiması" adlandırılan Ağdam olub. Şəhid ailələrinin üzvləri Ağdam Cümə məscidini, İmaməli xanın imarət kompleksini, Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhərdə aparılan quruculuq işləri ilə tanış olublar. Daha sonra Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsinə səfər edilib.
Nərgiz camal