Gəncədən Moskva və Sankt-Peterburqa yeni təyyarə reysləri açılır
AZAL Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır. Aviaşirkətin Bakı – Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. Bu istiqamətdə bazar ertəsi, cümə və şənbə günləri uçuşlar olacaq. Martın 19-dan etibarən isə Bakı - Sankt-Peterburq - Gəncə - Sankt–Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.
Vəfa Şairova