Gəncədən Bakıya qanunsuz sərnişin daşıyan sürücülərə sonuncu xəbərdarlıq olunub

2019-09-11 10:23

Gəncədən-Bakıya qanunsuz sərnişin daşınması məsələsi yenidən gündəmə gəlib. Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları Gəncənin Beynəlxalq avtovağzalında sürücülərlə marifləndirici görüş keçirib. Əsasən gecə saatlarında nəzərdə tutulmayan vaxtlarda yola çıxan sürücülərə sonuncu xəbərdarlıq olunub. Hər hanıs bir qayda pozuntusu ilə qarşılaşan şəxslərin Baş Dövlət Yol Polisi İdarəsinin 902 çağrı mərkəzinə məlumat vermələri tövsiyə edilir.

Fərid Mehdiyev