Canlı
Gəncədən Ağdama qonaq gedən qadın 44 yaşlı kişini bıçaqlayıb

2018-02-13 / 12:04

Ağdamda bıçaqlanma olub. Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Yemək zamanı qadınla həmin evdə olan 44 yaşlı Pərviz Yusifov arasında mübahisə yaranıb. Nəticədə Ləman Əliyeva həmin şəxsə iki bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılıb, qadın isə saxlanılıb.

Ruhəngiz Hacızadə