Gəncədəki naməlum şəhid məzarlarında uyuyanların adları açıqlanıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb. 64 nəfər naməlum şəhid məzarlarından tapılan şəxslərdir. Onlardan 22 nəfəri Gəncənin Şəhidlər Xiyabanda dəfn ediləndir. Ümumillikdə Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov axtarışların sonuncu itkinin taleyi məlum olana qədər davam edəcəyini açıqlayıb.
Vüsalə Cənnətova