Gəncədə zəncirvari yol qəzası olub
Gəncədə 28 May küçəsində zəncirvari qəza olub. Vahid Ədilov idarə etdiyi "Hyundai" markalı avtomobillə dönmə əməliyyatı edərkən onun maşını "VAZ 2107"-yə çırpılıb. Zərbənin gücündən VAZ yolun kənarında dayanan, Canpolad Abdullayeva məxsus "Mercedes" markalı avtomobilə dəyib. Hər üç maşına ziyan dəysə də, xəsarət alan olmayıb.