Gəncədə zəncirvari avtoqəza olub
Gəncənin Şah İsmayıl Xətai prospektində "Opel" ilə "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Opel" idarəetmədən çıxaraq yol kənarında dayanan digər "Chevrolet"ə və dayanacağa çırpılıb. Nəticədə ikisi sərnişin, biri isə piyada olmaqla, üç nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
12 oktyabr 2026

