Gəncədə yol qəzası olub, xəsarət alanlar var
2021-04-19 10:08
Gəncənin Şah İsmayıl Xətai prospektində “Mercedes” markalı avtomobillə digər minik maşını toqquşub. 38 yaşlı Həsənov Ramin Rafiq oğlu, 54 yaşlı Məmmədov Əvəz Hüseynalı oğlu və 64 yaşlı Əsədov Naib Hüseyn oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev