Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Gəncədə "aeroport yolu" adlanan ərazidə iki minik avtomobilinin toqquşması nəticəsində şəhər sakinləri - Əzim Atakişiyev, Natiq Əsgərov və Samux sakini Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdiriliən yaralıların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.