Gəncədə yol polisi hərəkəti qaydalarını pozan sürücüləri həbs edilib
Gəncədə yol polisi şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər barəsində qanunamüvafiq tədbir görüb. Narkotik vasitənin təsiri altında avtomobil idarə edən Xəyal Muxtarov və Emil Əhmədov məhkəmənin qərarı ilə inzibatin qaydada həbs edilib.