Gəncədə yol-nəqliyyat hadisəsi baş verib
2021-04-07 10:12
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.Qəza şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "BMW" ilə digər minik maşını toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü Pərvanə Rzayeva və onun övladı, 2009-cu il təvəllüdlü Sübhan Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriblər. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.
Nərgiz camal