Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunublar
2021-05-24 10:05
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub. Bundan başqa onların arasında Vətən Müharibəsi qazilərinin olması isə təssüf doğuran haldır.
Fərid Mehdiyev