Gəncədə yeniyetmə qətlə yetirilib
Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Mövsümov Azər Abuzər oğlu saxlanılıb. Məlumata görə, mərhumun atası Vidadi Novruzovla tanışı Azər Mövsümov arasında mübahisə düşüb. Bu zaman onları sakitləşdirmək istəyən 2005-ci il təvəllüdlü Həsən Novruzov Azər Mövsümov tərəfindən bıçaqlanıb.