Canlı
Gəncədə yeni yaşayış binalarının inşası ilə əlaqdar memarlarla görüş keçirilib

2018-02-13 / 13:59

Gəncədə Nizami prospekti 50 metrədək genişləndiriləcək, Gəncəçaydan mərkəzi kitabxanayadək olan hissəsində 10 ədəd 9 və ya 12 mərtəbəli binalar inşa ediləcək. Bir o qədər də müxtəlif təyinatlı sosial obyektlər Çəncəçay bulvarının 1,5 km-lik sol sahil hissəsində tikiləcək. Gəncədə yeni yaşayiş binalarının inşası ilə əlaqdar memarla şəhər rəhbərliyinin görüşündə bildirilib ki, binaların alt hissəsində avtomobil dayanacı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzləri, digər mərtəbələrində isə mənzillər yerləşəcək. Evi söküləcək 150-ə yaxın ailə həmin mənzillərdə yerləşdiriləcək. Yerdə qalanları isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq.

Ruhəngiz Hacızadə