Gəncədə yeni xəstəxana istifadəyə verilib
2020-06-23 12:03
Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya xəstəxanası istifadəyə verilib. Xəstəxanada ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb.
Vəfa Şairova