Gəncədə yeni futbol akademiyası fəaliyyətə başlayacaq

2019-04-15 / 16:59

Gəncədə yeni futbol akademiyası fəaliyyətə başlayacaq. Bunu Nizami yurduna səfər çərçivəsində AFFA-nın baş katibi Elxan Məmmədov Kəpəz televiziyasına eksklüziv açıqlamasında deyib. Qurum rəsmisi Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri ilə birgə akademiyanın yerləşəcəyi şəhər stadionunda olub, yardımçı meydançalara baxış keçirib.

Vüsalə Camal