Canlı
Gəncədə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın olub

2018-07-09 / 16:19

Gəncədə yanğın hadisəsi olub. Şəhərin Şəddadilər küçəsində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında boş ərazidə quru ot örtüyü naməlum səbəbdən yanıb. Ətrafdakıların çağırışı ilə hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və 10-a yaxın canlı qüvvəsi cəlb olunub. Operativ müdaxilə nəticəsində alov söndürülərək yaxınlıqda yerləşən tikililərə keçməsinin qarşısı alınıb.

Fərid Mehdiyev