Gəncədə yanğın zamanı ev sahibi ölüb
2021-03-02 10:07
Gəncədə yanğın baş verib. Hadisə Şərəfxanlı küçəsində qeydə alınıb. Tofiq Hüseynova məxsus evdə anidən yanğın başlayıb. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Məlumata görə, yanğın zamanı ev sahibi, 73 yaşlı Hüseynov evdə yanaraq ölüb. Ümumilikdə, ev əşyaları ilə tamamilə yanıb.
Fərid Mehdiyev