Gəncədə yanğın hadisəsi baş verib
2021-02-03 10:04
Gəncədə yanğın hadisəsi baş verib. Hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb. Sözügedən ünvanda mağaza anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.
Fərid Mehdiyev