Gəncədə yaşayış binasının zirzəmisində tüstülənmə olub, sakinlər təxliyyə ediliblər
Gəncənin 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasının zirzəmisində tüstülənmə olub. Baş vermiş tüstülənmə səbəbindən sakinlər təxliyə edilib. Hadisəyə səbəb binanın zirzəmisindəki məişət tullantılarının alışması olub. FHN-nin əməkdaşları tərəfindən alov söndürülüb. Yaşayış binasına elektrik enerjisinin verilməsi bərpa olunub.
Lalə Nəsib