Gəncədə yaşıllıq və abadlıq aksiyası keçirilib
Gəncədə Comərd Qəssab türbəsinin ətrafında yaşıllıq və abadlıq aksiyası keçirilib. Ərazi məişət və təsərrüfat tullantılarından təmizlənib. Ətrafdakı qalanın və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə yeni ağaclar əkilib. “Dünya əhəmiyyətli qədim Gəncə ərazisində tarixi abidələrimizi qoruyaq” adlı ekoloji tədbir 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub.
Fərid Mehdiyev