Gəncədə yağış suları həyətlərə dolub
2021-06-23 10:04
Güclü yağış dünən Gəncədə də fəsadlar törədib. Şəhərin ayrı-ayrı küçə və prospektlərində piyadaların və avtomobillərin hərəkətində çətinliklər yaranıb. Məhsəti Gəncəvi qəsəbəsində yağan güclü yağış nəticəsində həyətlərə su dolub. Gədəbəy rayonunun Çalburun kəndi ərazisinə də güclü leysan yağışı yağıb. Hadisə nəticəsində kənddən sel keçib.
Nərgiz camal