Canlı
Gəncədə yük maşını qadını vurub

Gəncədə qadın yol qəzasının qurbanı olub. Şah İsmayıl Xətai prospekti ilə Tağı Arani küçəsinin kəsişməsində yük maşını şəhər sakini, 50 yaşlı Mətanət İsayevanı vurub. Qadın dərhal Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Vəfa Şairova