Gəncədə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Memorial Kompleksində baş tutan mərasimdə idarənin kollektivi, mədəniyyət müəssisələrinin nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Tədbir zamanı şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülərək ehtiram göstərilib. Çıxışlarda Xocalı faciəsinin unudulmayacağı vurğulanıb, mərasim ədəbi-bədii kompozisiyalarla başa çatıb.
26 fevral 2026

