Gəncədə XIX əsirə aid tarixi abidədə qanunsuz təmir işlərinə cəhd edilib
Gəncənin Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən qeyd olunub ki, aparılan təmir işləri dayandırılıb. Müdaxilə faktı ilə bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
Vüsalə Cənnətova