Canlı
Gəncədə voleybol üzrə şəhər turniri start götürüb

2018-05-16 / 16:13

Azərbaycan Dövlət Aqrar Universitetinin idman zalında qızlardan ibarət komandalar arasında voleybol üzrə şəhər turniri start götürüb. Yarış Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub. Turnirdə 7 komanda mükafatlar uğrunda mübarizəyə qoşulub. Kollektivlər Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas, eləcə də idman məktəblərini təmsil edir. Turnirə mayın 19-da yekun vurulacaq.

Fərid Mehdiyev