Gəncədə və Hacıqabulda yol qəzası baş verib
Gəncədə hərəkətdə olan iki “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.Qəza zamanı 3 nəfər xəsarət alıb. Hacıqabulda “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.Hadisə nəticəsində İmişli sakini, 1979-ci il təvəllüdlü Qasımova Sayad Abdulla qızı ölüb, Türkmənistan vətəndaşları - 1958-ci il təvəllüdlü Tağıyev Elbrus və 1957-ci il təvəllüdlü Tağıyeva Nailya xəsarət alıb. Faktlarla bağlı araşdırma aparılır.
11 sentyabr 2026

