Gəncədə və Hacıqabulda yol qəzaları baş verib
Gəncənin Cavad Xan qəsəbəsində 1997-ci il təvəllüdlü Ramal Xuşacarxın idarə etdiyi avtomobil aşıb. Nəticədə sürücü və avtomobildə olan bir neçə nəfər xəsarət alıb.Hacıqabulda iki minik avtomobilin toqquşması nəticəsində 4 nəfər - Saatlı sakinləri, 1973-cü il təvəllüdlü Kərimova Arzu İdris qızı, 2018-ci il təvəllüdlü qız uşağı, 2011-ci il təvəllüdlü yeniyetmə oğlan və Hacıqabul rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndərov Pərviz Ramiz oğlu yaralanıb.Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.Faktlarla bağlı araşdırma aparılır.
02 oktyabr 2026

