Gəncədə və Goranboyda qəza olub
2020-09-10 14:06
Gəncədə Dədə Qorqud prospektində yolu keçmək istəyən Zərəngiz Rəfiyevanı maşın vurub. Yaralı Gəncə Şəhər TTYX-na yerləşdirilib. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub. Goranboyda isə idarəetmədən çıxan maşın maneəyə çırpılıb. Rayon sakini 52 yaşlı Faiq Tağıyev xəsarət alaraq xəstəxanaya aparılıb. Vəziyyəti qənaətbəxşdir.
Nərgiz Camal