Gəncədə və Goranboyda dəm qazından zəhərlənmələr olub
2021-11-27 10:09
Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Hadisə şəhərin Qəmərli küçəsində qeydə alınıb. 1976-cı il təvəllüdlü Vüqar Seyidov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir. Goranboyun Dəliməmmədli şəhərində isə 1992-ci il təvəllüdlü Rasim Muradov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Fərid Mehdiyev