Gəncədə və Ağstafada dəm qazından zəhərlənmə olub
2021-03-31 10:08
Gəncədə İsrafil Məmmədov küçəsində zəhərlənmə qeydə alınıb. 2001-ci il təvəlldlü Əliyev Kamil zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır. Digər dəm qazından zəhərlənmə isə Ağstafada baş verib. Dağkəsəmən kənd sakini 1990-ci il təvəllüdlü Səbinə Xudaverdiyeva xəstəxanaya çatırılıb. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.
Fərid Mehdiyev