Gəncədə universitet müəllimi qəza törədib, xəsarət alan var

Gəncə Dövlət Universtetin dördüncü korpusunun qarşısında universitetin müəllimi 30 yaşlı Mustafa Cəfərov idarə etdiyi VAZ 2107 markalı avtomobillə döngədən baş yola çıxarkən qarşıdan gələn avtomobili gözləməyib. Nəticədə maşın 22 yaşlı İsmayıl Verdiyevin sükanı arxasında olduğu VAZ 2107 markalı avtomobillə toqquşub. Bu nəqliyyat vasitəsi isə betona çırpılıb, sürücüsü İsmayıl Verdiyev müxtəlif bədən xəsarəti alıb. Ona lazımi tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıb. Kürdəmirdə isə "Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində rayonun 7 yaşlı Məcidova Arzu Vidadi qızı, 9 yaşlı Məcidov Məcid İsmayıl oğlu, və 12 yaşlı Ağayeva Rüqəyya Zaur qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Faktlarla bağlı araşdırma aparılır.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik