Gəncədə torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi müzakirə edilib
Gəncə, Daşkəsən, Göygöl və Samuxda aparılan kadastr uçotu işləri nəticəsində bələdiyyələrin və dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib. Gəncədə keçirilən zona müşavirəsində bildirilib ki,
ötən il və bu ilin 10 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidməti qeyd edilən şəhər və rayonlarda monitorinqlər keçirib. Torpaq qanunvericiliyinin pozulması ilə bağlı 371 fakt aşkar edilərək sənədləşdirilib. 146 inzibati protokol tərtib edilib.
Fərid Mehdiyev