Gəncədə topdansatış mağazasında 200-dən çox saxta alkoqollu içki aşkarlanıb

Gəncədə fəaliyyət göstərən topdansatış mağazasında 210 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qurumdan bildirilib ki, baxış zamanı satış sahəsində 98 ədəd 0,7 litrlik və 112 ədəd 0,5 litrlik alkoqollu içkinin saxtalaşdırma əlamətləri aşkar edilib. Müayinələr zamanı müəyyən olunub ki, içkilərin başlıq hissəsi təkrar bərkidilib, üzərində istehsal tarixi və istehsalçı barədə məlumatlar göstərilməyib, saxta VÖEN qeyd olunub və müşayiətedici sənədlər təqdim edilməyib. Aşkarlanan məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik