Gəncədə tezliklə güzəştli mənzillərin satışına başlanılacaq
2021-09-20 14:05
Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcək. Bu, Agentliyin regionda inşa etdiyi ilk yaşayış kompleksdir. Gəncənin Azərbaycan Bayrağı küçəsində yerləşən 12-si doqquzmərtəbəli, 6-sı onikimərtəbəli olan 18 binadan ibarət layihədə ümumilikdə 986 mənzil var. Ərazidə orta məktəb və uşaq bağçası da inşa edilib.
Nərgiz camal