Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir
Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbdə "Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib. Daha sonra 28 nömrəli məktəbdə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində məktəbin həyətinə 100 ədəd ağac əkilib.
Lalə Nəsib