Gəncədə Türkiyə Cümhuriyyətinin qurucusu anılıb
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib. Tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar və türkiyəli tələbələr iştirak ediblər. Baş konsul Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Nərgiz Camalzadə