Gəncədə sosial binalar tikilir

2020-01-13 16:06

Gəncədə sosial binaların inşasına başlanılıb. Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən tikilən binalarda 978 mənzil olacaq. Binalar Azərbaycan Bayrağı küçəsində, Gəncəçayın sağ sahilində 6 ha-dan artıq ərazidə inşa edilir. 18 çoxmənzilli binanın 12-i doqquz mərtəbəlidir.

Vüsalə Camal