Gəncədə silsilə oğurluqlar edən şəxs tutulub
2020-01-29 16:05
Gəncədə rayon ərazisindəki 4 həyətyanı sahədən və 6 avtomobildən pul, su mühərriki, maqnitofon, yaddaş kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal