Gəncədə silahlı insident baş verib, ölənlər və yaralanan var
Ötən gün Gəncədə 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla 4 nəfər arasında baş verən mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, Kamalın isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Yaralananlar - Niyazi və Kamal xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Niyazi Bayramovun həyatını xilas etmək mümükün olmayıb. Hazırda iş üzrə istintaq davam edir.