Gəncədə saxta pul əskinazları hazırlayanlar saxlanılıb
2020-01-11 14:09
Yanvarın 9-da polisə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub. Saxta əsginasları dövriyyə buraxmaqda şübhəli bilinən Samux sakinləri əvvəllər məhkum olunmuş Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə sakini Vasif Tağızadə saxlanılıblar. Vasif Tağızadənin kirayə götürdüyü mənzildən saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb. Araşdırmalar davam etdirilir.
Vəfa Şairova