Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs saxlanılıb
2020-04-11 12:06
Gəncədə saxta sənədlə özünü jurnalist kimi təqdim edən şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayıblar. Bu zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyənləşib.Faktla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev