Gəncədə sakinlərin müraciəti onlayn formada dinlənilib
2020-07-15 14:04
Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla onlayn görüş keçirib. Fərdi yaşayış evinin təmiri, işlə təminat, torpaq sahəsinin ayrılması məsələləri müraciətlərin əsasını təşkil edib. Problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Vüsalə Camal