Gəncədə sakinlər icra başçısına problemləri ilə bağlı müraciət ediblər
2021-04-30 10:12
Gəncədə növbəti dəfə sakinlərlə səyyar görüş keçirilib. İcra başçısı Niyazi Bayramova edilən müraciətlər arasında işlə təminat, bir sıra küçə və döngələrin asfaltlanması, bəzi ərazilərdə su təchizatının yaxşılaşdırılması kimi məsələlər üstünlük təşkil edib. Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.
Vüsalə camal