Gəncədə sərnişinlərin ixtiyarına yeni avtobuslar verilib
Gəncəyə ictimai nəqliyyatda istifadə üçün 10-a yaxın yeni avtobus gətirilib. Avtobuslar bu gün texniki baxışdan keçdikdən sonra 4 sayılı xətt üzrə sərnişinlərin istifadəsinə verilib. Daha 8 avtobus da yaxın günlərdə nəzərdə tutulan xətt üzrə fəaliyyət göstərəcək. Qarşıdakı aylarda, xüsusən də sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də yeni avtobuslar istifadəyə veriləcək.
Fərid Mehdiyev