Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəzası olub
2020-06-19 16:06
Gəncənin Şah İsmayıl Xətai prospektində “QAZ-53” markalı yük maşını yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna arxadan çırpılıb. Zərbənin təsirindən avtobus qarşısındakı “VAZ-2106”-ya dəyib. Qəza nəticəsində bir nəfərə ambulator yardım göstərilib.
Vüsalə Camal