Canlı
Gəncədə sərnişin avtobusu qəzaya düşüb

2018-11-07 / 13:59

Gəncədə yol qəzası baş verib. Sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Nizami Gəncəvi prospektində, şəhərdaxili marşurut üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" toqquşub. Nəticədə minik avtomobilində olan 2 qardaş - Gəncə sakini 42 yaşlı Natiq Əhmədov və Şəmkir sakini 40 yaşlı Fəzail Əhmədov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Gəncə şəhər Təcili Tibbı yardım xəstəxanasından verilən məlumata görə, hər iki şəxs ilkin yardım göstərildikdən sonra ambulator müalicəyə buxarılıb.

Ruhəngiz Hacızadə